Ermeni terroru
Dogma Azeribaycanimiz!!! Ermenilerin ishgalciliq siyasetinin esasli subutlari! Sizce bu insanlarin qani yerde qalmalidirmi!!! Esir, girov ve itkin dushmushler!!! Esir ve itkin dushmush, girov goturulmush vetendashlarla elaqedar Dovlet Komissiyasinda 4841 Azerbaycan vetendashi munaqishe zonasinda itkin dushmush shexs kimi qeydiyyata alinmishdir. Onlardan 54 neferi ushaq, 321 neferi qadin, 409 neferi qocalardir. (01.04.2005-ci il tarixe olan statistikaya gore) 1988-2005-ci illerde 1368 Azerbaycan vetendashi ermeni esirliyinden azad edilmishdir. Bunlardan 169 neferi ushaq, 338 neferi qadin, 286 neferi qocalardir. Tekzibolunmaz faktlar gosterir ki, itkin dushmush 4844 vetendashdan en azi 783 nefer (18 nefer ushaq, 46 nefer qadin, 69 nefer qocalar) ermeniler terefinden esir, yaxud girov goturulmush, lakin bu faktlar beynelxalq teshkilatlar, o cumleden Beynelxalq Qirmizi Xach Komitesinden gizledilmishdir. Hemin shexslerin siyahisi ermeni esirliyinden qayitmish vetendashlarimizin ve diger menbelerin shahid ifadeleri esasinda tertib edilmishdir. Esir ve girov goturulmush shexslerin azad edilmesi, itkin dushmush shexslerin axtarishi uzre Almaniya, Rusiya ve Gurcustanin huquq mudafiechilerinden ibaret Beynelxalq ishchi qrupu ve BQXK bu shexslerden bir qisminin heqiqeten de esir goturulmesi ve sonraki taleleri barede melumatlarin gizledilmesine dair faktlari tesdiq edirler. Azerbaycan terefine daxil olan melumatlar gosterir ki, qeyd olunan siyahidaki shexslerin boyuk ekseriyyeti ermeni esirliyinde oldurulmush, yaxud ishgence ve xesteliklerden vefat etmish, az bir hissesi ise indi de gizledilerek Ermenistanda ve ishgal olunmush erazilerde agir fiziki ishlerde qul kimi istifade olunurlar. Terror!
Faktlar
1992-ci il fevralın 26-da axşam erməni hərbi birləşmələri keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının ağır hərbi texnikasının dəstəyilə Xocalıya hücuma keçdilər. Artilleriya silahlarından, ağır hərbi texnikadan açılan aramsız atəşlə müşayiət olunan hücum nəticəsində Xocalı mühasirəyə düşdü, yanğınlar başlandı. Fevralın 26-sı səhər şəhər alova bürünmüşdü. Həmin vaxt şəhərdə olan təqribən 2 min 500 nəfərə yaxın əhali məcburi şəkildə öz ev-eşiklərini ataraq Ağdama doğru hərəkət etdi. Lakin şəhəri tərk etmək hamıya nəsib olmadı. Erməni hərbi birləşmələri 366-cı alayın köməyilə dinc əhaliyə qarşı xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Ermənilər 613 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi. 8 ailə bütövlükdə qətlə yetirildi. 487 nəfər yaralandı. Yaralananların 76 nəfəri uşaq idi. Girov götürülənlərin sayı 1275 nəfər təşkil edir. 150 nəfərin aqibətindən isə hələ də xəbər-ətər yoxdur. Dövlətə və vətəndaşlara külli miqdarda - 5 milyard rubl dəyərində ziyan vuruldu (01.04.1992-ci ilin qiymətləri ilə). XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən biri də Xocalı soyqırımıdır. Həmin hadisə ilə bu və ya başqa cür əlaqəsi olan adamlar, hələ ki, öz vicdanları qarşısında məs`uliyyət daşıyırlar. Lakin vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında dayanacaqlar. Çünki tarix heç nəyi unutmur.
Erməni vəhşiliyi xarici mətbuatda
Erməni vəhşiliklərini öz gözləri ilə görmüş və bundan dəhşət dolu heyrətlə danışan bir çox millətlərin nümayəndələri hələ heç bir müharibə tarixində bu cür vəhşiliklər, zülm və vandalizm hallarına rast gəlmədiklərini dönə-dönə qeyd edirlər. Aşağıda göstərilən şəkillər və deyilən sözlər erməni qəsbkarlarının heç bir ölçüyə sığmayan vəhşətindən xəbər verir və bu, hələ hamısı deyil. Hələ neçə-neçə oğul və qızlarımız erməni əsirliyindədir və hər gün, demək olar ki, onlar bu vəhşiliklərlə üz-üzə gəlir, bu əzab və məşəqqətlərə tab gətirmək məcburiyyətində qalırlar. Bu şəkillərə ürək ağrısız baxmaq mümkün deyil. Bu əməlləri törədən erməni vəhşilərinə qarşı nifrət, qəzəb və kinin heç bir vaxt azalmayacağı məlumdur və buna bizim heç haqqımız da yoxdur.
Leonid Kravets, mayor: "Mən 26 fevralda Stepanakertdən yaralıları çıxarır və Əsgəranın qala qapısı ilə geri qayıdırdım. Bu zaman aşağıda gözümə aydın ləkələr sataşdı. Aşağı endikdə bortmexanik qışqırdı: "Baxın, orada qadınlar və uşaqlar var". Bəli, mən özüm də iki yüzə yaxın cəsədin səpələndiyini və onların arasında əli silahlı adamların gəzişdiyini gördüm. Biz enərək cəsədləri çıxarmağa çalışdıq. Bizimlə yerli milis kapitanı var idi, indi onun adını xatırlaya bilmirəm. O, orada öz dörd yaşlı oğlunun kəllə sümüyünü dağılmış gördü və huşunu itirdi. Digər uşağın isə başı kəsilmişdi. Mən hər tərəfdə qadın, uşaq və qocaların eybəcər hala salınmış cəsədlərini gördüm".
Jan-İv Yunet, jurnalist (Fransa): "…Biz Xocalı faciəsinin şahidi olduq. Öldürülmüş yüzlərlə dinc əhalini - uşaqları, qadınları, qocaları, Xocalının müdafiəçilərini gördük. Bizim üçün vertolyot ayrılmışdı və biz yüksəklikdən Xocalının ətrafını çəkməli idik. Lakin ermənilər bizim vertolyotu atəşə tutdular və çəkilişi başa çatdıra bilmədik. Mən müharibələr haqqında, alman faşistlərinin vəhşiliyi haqqında çox eşitmişdim, lakin ermənilərin 5-6 yaşlı uşaqları və dinc əhalini öldürməyi daha qəddar hərəkətdir".
Ermənilərin Dağlıq Qarabağ və ona yaxın bölgələrdə törətdikləri vəhşiliklər demək olar ki, bütün dünya mətbuatında öz əksini tapmışdır. Aşağıda sadalanan faktlar bir daha göstərir ki, dünya ijtimaiyyətinə mətbuatla çatdırılan faktlar, göstərilən video materiallar, bu hadisələrin janlı şahidi olmuş insanların söylədikləri yenə də azlıq təşkil edir.
Qarabağda törədilən vəhşilikləri təsvir edən beynəlxalq mətbuat yazırdı:
“Krua l`Eveneman” jurnalı (Paris), 25 mart 1992-ci il: “...Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış cəsədlərin canlı şahidi olmuşdur. Azərbaycanlılar minlərlə insanın öldürüldüyünü bildirirlər...”
“Sandi tayms” qəzeti (London), 1 mart 1992-ci il: “...Erməni əsgərləri yüzlərlə ailəni məhv edirdilər...”
“Feynenşl tayms” qəzeti (London), 9 mart 1992-ci il: “...Ermənilər Ağdam istiqamətində gedən qaçqın dəstəsini gülləbaran etdilər. Azərbaycanlılar 1200-ə yaxın cəsədin olduğunu bildirirlər...”
“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “...Çoxları eybəcər hala salınmışdı, bir kiçik qız uşağının isə yalnız başı qalmışdı...”
“İzvestiya” qəzeti (Moskva), 4 mart 1992-ci il: “...Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir ahıl qadının isə üzünün bir hissəsi kəsilmişdi. Kişilərin başlarının dərisi soyulmuşdu...”
“Feynenşl tayms” qəzeti (London), 14 mart 1992-ci il: “...General Polyakov bildirmişdir ki, 366-cı polkun 103 erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır...”
“Le mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “...Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş uşaq və qadınlar arasında üçünün baş dərisinin soyulduğunu, dırnaqlarının qoparıldığını görmüşlər. Bunlar Azərbaycan təbliğatı deyil, reallıqdır...”
“Valer aktyuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “...Bu avtonom regionda erməni hərbçilərindən və Yaxın Şərqdən olan muzdlu əsgərlərdən təşkil olunmuş qruplaşmalar ən müasir hərbi texnika, həmçinin vertolyotlarla da təchiz edilmişlər. Erməni terror təşkilatı ASALA Suriya və Livanda yerləşən hərbi düşərgələrə və silah anbarlarına malikdir. Ermənilər yüzdən çox müsəlman kəndlərində qətliamlar törətməklə Qarabağdakı azərbaycanlıları məhv etmişlər...”
R.Patrik - fəlakət bölgəsində olmuş “Fant man nyus” İngiltərə telekompaniyasının jurnalisti: “...Xocalıda törədilən cinayətə dünya ictimaiyyətinin gözü qarşısında heç bir bəraət qazandırmaq olmaz...”
Livandan olan kinooperator isə təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak cəmiyyəti Qarabağa silah və insanlar göndərir.
Yuxarıda qeyd edildiyi kimi xarici ölkələrdəki nümayəndələrindən böyük maddi dəstək aldıqları və bu dəstəkdən bəhrələnərək öz iyrənc əməllərini həyata keçirməkdə davam etmələri bizdən ermənilərə qarşı mübarizədə daha böyük əzm tələb edir. Hal-hazırkı şəraitdə ermənilərə qarşı aparılan informasiya mübarizəsini gücləndirməklə biz onların “məzlum xalq” adı altında maskalanmış əsil üzünü dünya ictimaiyyətinə göstərməliyik.





